AZ

"İlkin tibbi yardım" mövzusunda təlim təşkil olunub

Mayın 17-22-də Bakıda keçiriləcək Beynəlxalq Şəhərsalma Forumu (WUF) çərçivəsində təşkil olunacaq tədbirə hazırlıq məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları üçün “İlkin tibbi yardım” mövzusunda təlim təşkil olunub.

"Cebhrinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirib ki, iki gün davam edən təlim Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Simulyasiya şöbəsinin təlimçiləri tərəfindən keçirilib. Təlim proqramı iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib.

Təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının əsasları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları praktiki şəkildə öyrədilib.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr