AZ

Cenaro Qattuzo İtaliya millisinin baş məşqçisi postundanuzaqlaşdırıldı

Futbol üzrə İtaliya millisində daha bir ayrılıq yaşanıb.

Redaktor.az xəbər verir ki, yığmanın baş məşqçisi Cenaro Qattuzo istefa verib.

Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Qeyd edək ki, İtaliya millisi bu ilin yayında keçiriləcək Futbol üzrə Dünya Çempionatına vəsiqə qazana bilmədiyinə görə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina da istefa verib.

İtaliya yığması Avropa zonası üzrə “play off” mərhələsində Bosniya və Herseqovina yığmasına məğlub olaraq, dünya çempionatına gedə bilməyib.

Futbol üzrə Dünya Çempionatı bu il 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
32
redaktor.az

1Mənbələr