AZ

"Siyasətimizdə humanist addımlar çox mühüm istiqamətdir" -Arzu Nağıyev

"Azərbaycanın İrana humanitar yardımı siyasətdir və bu, diplomatiyanın bir hissəsi kimi qiymətləndirilir. Bu, regionda mürəkkəb münasibətlər fonunda müxtəlif cür şərh oluna bilər, lakin biz qonşuluq siyasətimizi ən yüksək səviyyədə həyata keçiririk. Humanitar baxımdan da müsbət bir addımdır, məlum məsələdir ki, İranda vəziyyət çox ciddi və gərgindir. Yəni humanitar aspekt ondan ibarətdir ki, müharibə şəraitində olan hər hansı bir ölkəyə yardım göstərilməsi beynəlxalq praktikada geniş yayılıb və Prezident İlham Əliyev tərəfindən də qeyd edilən yardımın davam etdirilməsi bu çərçivədə izah oluna bilər. Yəni məqsəd əhali arasında yaranan çətinlikləri azaltmaqdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi.

Müsahibimizin sözlərinə görə, belə addımlar adətən neytral və humanitar jest kimi qiymətləndirilir:

"Məhz Prezident İlham Əliyev Məsud Pezeşkian ilə telefon danışığında da qarşılıqlı mesajlar göstərir ki, Azərbaycan-İran münasibətləri müəyyən balans üzərində qurmağa çalışır və Azərbaycan coğrafi-siyasi baxımdan həssas regionda yerləşdiyi üçün müxtəlif tərəflərə münasibətləri paralel şəkildə idarə etməyə çalışır və bu da dövlət başçısının apardığı əsas daxili və xarici siyasətə yönəlir".

Arzu Nağıyev vurğuladı ki, bu cür humanitar yardım həm də diplomatik münasibətlərin sabit və stabil saxlanmasına xidmət edə bilər:

"Təbii ki, bu, kimlərəsə xoş gəlməyə bilər – istər İsrail, istər Amerika Birləşmiş Ştatları, istər digər dövlətlər olsun – lakin bizim daxili və xarici siyasətimizdə humanist addımlar çox mühüm istiqamətdir. Bu, tək İrana edilməyib, digər dövlətlərə də edilib və bunu da bütün dünya bilir. Bu günə qədər də edilən hər hansı bir humanitar addımın qarşılığında hansısa dövlət bizə irad tutmayıb və tuta da bilməz".

Aytəkin TOFİQQIZI

Seçilən
50
1
redaktor.az

2Mənbələr