AZ

“Trampla tam koordinasiyalı şəkildə İrana zərbələr endirməyə davam edəcəyik” - Netanyahu

“İsrail ABŞ ilə koordinasiyalı şəkildə İrana zərbələr endirməyə davam edəcək”. Missiya.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Onun sözlərinə görə, Donald Tramp ilə tam koordinasiya çərçivəsində, eləcə də İsrail Müdafiə Qüvvələri ilə ABŞ ordusu arasında qarşılıqlı əməkdaşlıq davam edir: “İrana zərbələr endirməyi davam etdirəcəyik. Bu rejim həmişəkindən daha zəifdir, İsrail isə daha güclüdür”, – deyə Netanyahu bildirib. Baş nazir qeyd edib ki, ABŞ ilə birlikdə İrandakı rejimə qarşı əməliyyatlar davam etdirilir:“Biz onların komandirlərini zərərsizləşdiririk, körpüləri bombalayırıq və infrastrukturu hədəfə alırıq”, – deyə o əlavə edib. Daşqın HəsənovMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr