AZ

Küveytdəki su təmizləyici qurğunu kim vurub?

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Küveytdəki bir elektrik stansiyasındakı su təmizləyici qurğuya edilən hücumun "İranı günahlandırmaq məqsədilə" İsrail tərəfindən həyata keçirildiyini iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İnqilab Keşikçiləri Korpusu Küveytdəki suyun duzsuzlaşdırma müəssisəsinə edilən hücumla bağlı bəyanat yayıb.

İranın hücumla əlaqəsi olmadığı və bu hadisənin İsrail tərəfindən törədilən "saxta bayraq" (false flag) əməliyyatı olduğu qeyd edilən açıqlamada: "Sionist rejimin ordusunun Küveytdəki su təmizləmə mərkəzlərinə yönəlmiş qeyri-qanuni hücumu sionist işğalçıların alçaqlığının göstəricisidir" deyilir.

Küveyt Elektrik Nazirliyi 30 martda "İranın hücumu nəticəsində" bir elektrik stansiyası və su təmizləyici qurğunun vurulduğunu açıqlamışdı.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə hücumun İsrail tərəfindən İranı ittiham etmək məqsədilə həyata keçirilən "saxta bayraq" əməliyyatı olduğunu bəyan etmişdi.

Elektrik və Su Nazirliyi bu gün səhər saatlarında da yenə İrandan edilən hücum nəticəsində enerji və su təmizləyici qurğulardan birində maddi ziyanın meydana gəldiyini açıqlamışdı.

Seçilən
23
cebheinfo.az

1Mənbələr