Kuba 2 mindən çox məhbusu azad edir – ABŞ təzyiqi fonunda qərar
Kuba hökuməti 2 010 məhbusun azad ediləcəyini açıqlayıb. Rəsmi məlumatda bu addım “humanitar və suveren qərar” kimi təqdim olunub.
Azad edilənlər arasında xarici vətəndaşlar, gənclər, qadınlar və 60 yaşdan yuxarı şəxslər yer alacaq. Bildirilib ki, qərar dini bayram dövrü ilə əlaqədar ənənəvi humanitar addım çərçivəsində verilib.
Bu addım ABŞ ilə artan siyasi gərginlik fonunda atılır. ABŞ prezidenti Donald Trump administrasiyası Kubaya qarşı enerji məhdudiyyətləri tətbiq edib ki, bu da ölkədə yanacaq qıtlığı və elektrik kəsintilərinə səbəb olub.
Məhbusların seçimi onların törətdiyi cinayətlər, cəza müddətinin böyük hissəsini çəkmələri, davranışları və sağlamlıq vəziyyəti nəzərə alınaraq aparılıb. Qeyd edək ki, bu, Kuba tərəfindən son aylarda həyata keçirilən ikinci belə amnistiya qərarıdır.
aia.az
Tərcümə şöbəsi