AZ

Ağdamda əmək yarmarkasında dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “BAFCO INVEST” MMC-nin birgə təşkilatçılığı ilə Ağdamda əmək yarmarkası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aktiv məşğulluq tədbiri Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında təşkil olunub. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb, habelə onlara Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat verilib.

Seçilən
6
9
azerbaijan-news.az

10Mənbələr