Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Moskva, 3 aprel, AZƏRTAC
Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib. Burada iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub və bir sıra qərar və sənədlər qəbul edilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. MDB üzv dövlətləri arasında iqtisadi əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə olunub.
İclasdan sonra 2030-cu ilə qədər MDB ölkələri arasında Radioaktiv Tullantılar və İşlənmiş Nüvə Yanacağının İdarə Edilməsi sahəsində əməkdaşlığın Əsas İstiqamətləri təsdiqlənib, “Dövlətlərarası Radionaviqasiya Şurası haqqında” Əsasnaməyə dəyişikliklər edilib və bir sıra qurumlara baza təşkilatları statusunun verilməsi barədə qərarlar qəbul olunub.
Bundan əlavə, Mədən və Metallurgiya Kompleksinin Rəqəmsal Transformasiyası Konsepsiyasının və 2026-2030-cu illər üçün Dövlətlərarası Radionaviqasiya Proqramının layihələri nəzərdən keçirilib və baxılması üçün MDB Hökumət Başçıları Şurasına təqdim ediləcək. Uran mədən əməliyyatlarından təsirlənən ərazilərin bərpası və geoinformasiya texnologiyalarının inkişafı da daxil olmaqla dövlətlərarası proqramların həyata keçirilməsi də müzakirə edilib.
MDB İqtisadi Şurasının növbəti iclasının 2026-cı ilin iyun ayında Moskvada keçirilməsi planlaşdırılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.