AZ

"Liverpul" Alisson Bekersiz qaldı

"Liverpul"un qapıçısı Alisson Beker üçün mövsümün sonlarına qədər yaşıl meydanlardan kənarda qalacaq.

Fanat.Az "This is Anfield"ə istinadən xəbər verir ki, bunu "qırmızılar"ın baş məşqçisi Arne Slot deyib:

"O, Çempionlar Liqasında PSJ-yə qarşı keçirəcəyimiz oyunlarda iştirak edə bilməyəcək. Alisson daha bir müddət oynamayacaq. Onun mövsümün sonlarında sıraya dönəcəyini təxmin edirik".

Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 34 matça çıxan 33 yaşlı braziliyalı 36 qola üzülüb. O, 13 oyunda qapısını toxunulmaz saxlayıb. Alissonun "Liverpul"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Toğrul
 

Seçilən
28
24
fanat.az

10Mənbələr