AZ

İkinci əl avtomobil alanların diqqətinə; iki əzilmiş maşını kəsib bir maşın düzəldirlər VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Türkiyənin İstanbul şəhərində avtomobil alan şəxs yoxlama zamanı gözlənilməz faktla üzləşib. Avtosfer.az xəbər verir ki, dostu ilə birlikdə aldığı nəqliyyat vasitəsini ekspertizaya aparan vətəndaş avtomobilin iki fərqli maşından peşəkar şəkildə birləşdirildiyini öyrənib.

İlkin baxışda heç bir problem hiss olunmasa da, detallı yoxlama zamanı avtomobilin ön hissəsinin eyni marka və modeldə olan başqa bir nəqliyyat vasitəsindən kəsilərək əlavə edildiyi müəyyən edilib. Onun sözlərinə görə, belə müdaxilələri adi vətəndaşın kənardan fərq etməsi demək olar ki, mümkün deyil.

Sultanqazi Avtomobil Satıcıları Assosiasiyasının rəhbəri Mustafa Tosun isə bu cür halların tək-tək deyil, mütəşəkkil şəkildə həyata keçirildiyini vurğulayıb. O bildirib ki, xüsusilə bayram ərəfəsində avtomobil alqı-satqısı zamanı vətəndaşlar daha diqqətli olmalı, nəqliyyat vasitələrini mütləq peşəkar ekspert yoxlamasından keçirməlidirlər.

Mütəxəssislər sürücülərə xəbərdarlıq edərək bildirirlər ki, avtomobili kimdən almasından asılı olmayaraq, etibarla deyil, texniki yoxlama ilə qərar vermək vacibdir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr