AZ

Yük maşını dayanacağı blokladı Sürücülər və piyadalar çətin anlar yaşadı VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 3-də saat 10:42 radələrində Əhməd Qasımov küçəsində qeydə alınıb. 

Kadrlardan görünür ki, 99-TU-662 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük maşını avtobus dayanacağının qarşısında park edilib. Nəticədə avtobuslar dayanacaqdan kənarda saxlayaraq sərnişin mindirib-düşürüblər.

Şikayətçinin sözlərinə əsasən, yük maşını həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradıb. Belə ki, yaxınlaşan avtobusları görməyən piyadalar avtomobillərin intensiv hərəkətdə olduğu yola çıxmaq məcburiyyətində qalıblar. Bu da həm onların, həm də sürücülərin həyatını risk altına qoyub.

Qeyd edək ki, sürücülər nəqliyyat vasitələrini yalnız təyin olunmuş yerlərdə saxlamaqla həm özlərini, həm də digər yol iştirakçılarını təhlükədən qoruyurlar.Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
avtosfer.az

1Mənbələr