AZ

Azərbaycanın TDT-yə sədrliyi yüksək səviyyədə keçir - Kubanıçbek Ömüralıyev (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi yüksəksəviyyədə keçir.

Bu barədə Trend-əTDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən TDT-yəüzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentlərinin ikinciiclasının yekunlarına dair özəl müsahibəsində bildirib.

“Üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentlərininiclası bizim üçün faktiki olaraq yeni bir mexanizmdir. Belə ilkgörüş ötən il Bişkekdə baş tutub”, – deyə o qeyd edib.

K. Ömüralıyev vurğulayıb ki, son illərdə TDT ölkələri arasındaəməkdaşlıq davamlı şəkildə möhkəmlənir. Hazırda təşkilatmədəniyyət, gənclər siyasəti və turizmdən tutmuş xarici siyasət,iqtisadiyyat, gömrük və hətta kosmik sahəyə qədər geniş spektriəhatə edən 58 qarşılıqlı fəaliyyət mexanizmi vasitəsilə fəaliyyətgöstərir.

“Bu mexanizmlər əməkdaşlığımızı əhəmiyyətli dərəcədə irəliaparsa da, hökumət başçılarının fəal iştirakı onların ümumieffektivliyini daha da artırır. Bu kontekstdə biz ötən il belə birformat tətbiq etdik. O, təkcə ölkələrimiz arasında koordinasiya vəqarşılıqlı fəaliyyəti gücləndirmir, həm də dövlət başçılarıtərəfindən qəbul edilmiş qərarların daha səmərəli icrasına töhfəverir və onların yerinə yetirilməsinə daha ciddi nəzarəti təminedir”, – deyə o əlavə edib.

Baş katib bildirib ki, bu format TDT-yə qərarların icrasınıizləməyə imkan verir, təşəbbüslərin bütün üzv ölkələrdə effektivtətbiqini təmin edir, həmçinin ən yüksək səviyyədə koordinasiya vəhesabatlılığı gücləndirir.

“Bir mərhələdə Qazaxıstan xidmətlər və investisiyalar üzrəticarətin liberallaşdırılması təşəbbüsü ilə çıxış edib və buistiqamətdə işlər fəal şəkildə davam edir. Təşkilatımızda bütünqərarlar konsensus əsasında qəbul olunur. Müxtəlif iqtisadiplatformaların mövcudluğu – məsələn, Qazaxıstan və QırğızıstanınAvrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü – maraqların diqqətlişəkildə əlaqələndirilməsini tələb edir. Bu baxımdan təşəbbüsünkonstruktiv və inklüziv şəkildə təşviqi vacibdir. Onun həyatakeçirilməsi türk regionunda ticarət həcmlərinin artmasına,investisiyaların, malların və xidmətlərin daha sərbəst hərəkətinəmühüm töhfə verəcək”, – K. Ömüralıyev bildirib.

O vurğulayıb ki, bəzi ölkələrin digər regional təşkilatlarqarşısında öhdəlikləri olsa belə, TDT çərçivəsində iqtisadiinteqrasiya prioritet olaraq qalır.

“Üç il əvvəl yaradılmış Türk İnvestisiya Fondu təşkilati vətexniki məsələlərin tamamlanmasında sabit irəliləyiş əldə edib vəartıq potensial layihələri nəzərdən keçirməyə başlayıb.Maliyyələşdirməyə yaxın vaxtlarda başlanılacaq. Fondun əsas məqsədikiçik və orta biznesin dəstəklənməsidir. Bundan əlavə, iqtisadiinkişaf nəqliyyat və logistika infrastrukturunun inkişafı olmadanmümkün deyil, buna görə fond bu sahələrə xüsusi diqqət yetirir”, –deyə o əlavə edib.

K. Ömüralıyev qeyd edib ki, kiçik və orta biznesin vəinfrastruktur layihələrinin dəstəklənməsi regionda dayanıqlı artımvə uzunmüddətli iqtisadi sabitlik üçün kritik əhəmiyyətdaşıyır.

“Azərbaycan təşkilatımızın təsisçilərindən biridir və onunyaranmasının əsasını qoyan ölkələrdəndir. Üstəlik, təşkilatın özüNaxçıvanda yaradılıb. Azərbaycanın TDT-də sədrliyi yüksək səviyyədəhəyata keçirilir. Ötən ilin oktyabrında Qəbələdə “Regional sülh vətəhlükəsizlik” mövzusunda TDT Dövlət başçıları Şurasının 12-ciZirvə görüşü uğurla keçirilib. Müasir şəraitdə təhlükəsizlikməsələləri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan bütün üzv vəmüşahidəçi dövlətlər koordinasiya və dialoqun daha dagücləndirilməsi üçün fəal şəkildə əməkdaşlıq edirlər”, – deyə obildirib.

Baş katib vurğulayıb ki, Azərbaycan TDT təşəbbüslərinin irəliaparılmasında, xüsusilə regional təhlükəsizliyin möhkəmləndirilməsivə üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsində mühümrol oynayır.

“TDT-yə üzv ölkələrin qeyri-rəsmi zirvə toplantısı mayın 15-dəQazaxıstanın Türküstan şəhərində keçiriləcək. Türkiyə yaxınvaxtlarda Dövlət başçıları Şurasının 13-cü Zirvə görüşününkeçirilmə yeri və tarixini müəyyən edəcək. Həmçinin Bakıdakeçiriləcək Ümumdünya Şəhərsalma Forumu çərçivəsində TDT xətti üzrətədbir planlaşdırılıb. “UN-Habitat” ilə qarşılıqlı anlaşmamemorandumu olduğuna görə Forumda fəal iştirak edəcəyik”, – deyə K.Ömüralıyev bildirib.

O əlavə edib ki, təşkilat “UN-Habitat” layihələrində iştirakedir və bu, onun şəhər inkişafı təşəbbüslərinə sadiqliyini əksetdirir.

“Biz ümumi tarix, mədəniyyət, irs, dil və dərin köklərə malikdəyərlər əsasında qurulmuş unikal təşkilatıq. Bu möhkəm təməl bizəyüksək səviyyədə qarşılıqlı anlaşma və həmrəylik təmin etməyə imkanverir. Hər bir ölkənin öz milli prioritetləri olsa da, biz xaricisiyasət və digər sahələrdə sıx koordinasiya və konstruktiv dialoqudavam etdiririk. Əməkdaşlıq ruhunda tərəfdaşlığımız birlik, etimadvə qardaşlıqla səciyyələnir”, – deyə K. Ömüralıyev vurğulayıb.

Sonda o qeyd edib ki, iqtisadi əməkdaşlıq və təhlükəsizlikməsələləri TDT üçün əsas prioritet olaraq qalır.

“İqtisadiyyat inkişaf və rifahımızın əsas amili olaraq qalır.Eyni zamanda təhlükəsizlik məsələləri ümumi gündəliyimizdə mühümyer tutur. “Birlikdə daha güclüyük” şüarını rəhbər tutaraq, bizbirlik və həmrəylik ruhunda əməkdaşlığın inkişafına sadiq qalırıq”,– deyə Kubanıçbek Ömüralıyev yekunlaşdırıb.

Məqalədə:
Seçilən
23
1
az.trend.az

1Mənbələr