AZ

Azyaşlılar da işləyə bilərmi? Hüquqşünas

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Cəmiyyət arasında daha çox belə bilinir ki, bəs azyaşlılar, 18 yaşına çatmayan şəxslər işləyə bilməz.

Maraqlıdır, doğrudan da belədirmi?

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirir ki, əslində, 15 yaşı tamam olmuş şəxslər işləyə bilər:

“Burada bir incə məqam odur ki, 15 yaşına çatmış şəxslərlə müqavilə bağlanarkən onun valideynlərindən və qəyyumlarından razılıq alınmalıdır. Üstəlik, yaşı 18 yaşdan aşağı olan şəxslər yanlız tibbi müayinədən keçdikdən sonra işə qəbul edilir. Onlar hətta 18 yaşına çatanadək hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidir”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr