AZ

İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki... Amerika əsgərlərinə fəlakət yaşadacağıq”

ain.az bildirir, Mia.az portalına istinadən.

"İran ordusu Amerika və İsrailin quru hücumuna tam hazırdır. Hər kəs bu hücumun necə nəticələnəcəyinə çox qısa zamanda şahid olacaq”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İran Baş Qərargahının sözçüsü briqada generalı Əbülfəzl Şikarci verib.

O, ABŞ-ın quru hücumu təhdidlərinə cavab olaraq bildiirb ki, İran ordusu amerikalı hərbçiləri gözləyir: "Amerikanın quru hücumunun başlamasını gözləyirik, çünki onlara  heç vaxt ağlına belə gətirməyəcək bir dərs verəcəyik. Silahlı qüvvələrimiz buna hazırdır".

ABŞ-ın İranla bağlı səhv hesablamalar apardığını iddia edən general bildirib ki, Tramp səhv proqnozlar və hesablamalarla bu müharibəyə girib: “ABŞ heç bir əsas olmadan İrana hücum çəkib. Biz onların xalqımıza vurduğu zərərin qisasını alırıq. Onlar düşünürdülər ki, əgər Ali Rəhbəri Ayətullah Əli Xamenei öldürsələr, ölkə tezliklə lidersiz qalacaq. Onların İranın quruluşu haqqında heç bir məlumatı yoxdur və cəhalət içindədirlər. Biz üz-üzə döyüşdə amerikalılara elə bir fəlakət gətirəcəyik ki, gələcək nəsillər boyu heç kim bir daha ABŞ ordusunda könüllü xidmət etməyəcək. Onlar deyirik: iniyə qədər yerli əhalidən canlı qalxan kimi istifadə edirdiniz. Bu gün itkilərdən qaçmaq üçün ticarət limanlarında, fabriklərdə, ofislərdə və otellərdə gizlənirsiniz, lakin quru hücumunda belə bir sığınacaq və ya canlı qalxan yoxdur və biz belə bir ssenariyə çox güclü şəkildə hazırıq. Gözləyirik”

Tahir Şəlvəli

Mia.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
mia.az

1Mənbələr