AZ

Zərifdən İran hakimiyyətinə çağırış: Qələbə elan et, ABŞ-la sülh imzala

İranın keçmiş xarici işlər naziri Cavad Zərif  ölkə rəhbərliyinə çağırış edərək ABŞ-la sülh müqaviləsi imzalamağa çağırıb.

Ölkə.az xəbər verir ki, Cavad Zərifi bunu Amerikanın "Foreign Affairs" nəşrində dərc olunan məqalasında qeyd edib. 

Zərifi Tehranı "qələbə elan etməyə və həm mövcud münaqişəyə son qoyacaq, həm də növbəti münaqişənin qarşısını alacaq bir razılığa gəlməyə" çağırıb. 
İllərdir İranın ABŞ və digər ölkələrlə nüvə danışıqlarında əsas fiqur olan Zərif, ABŞ və İsraillə müharibəyə Tehranın xeyrinə şərtlərlə son qoymaq üçün bir növ plan təqdim etdi.

Onun təkliflərinin əsas elementləri bunlardır:
İran sanksiyaların tam aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmağı və Hörmüz boğazını yenidən açmağı təklif etməlidir - Vaşinqton əvvəllər rədd etmişdi, lakin indi nəzərdən keçirə bilər.

İran həmçinin ABŞ ilə qarşılıqlı hücum etməmək paktını qəbul etməyə hazır olmalıdır və bu paktda hər iki ölkənin gələcəkdə bir-birinə hücum etməmək barədə razılığa gələcəyi bildirilir.
Bundan əlavə, o, həm Amerika, həm də İran xalqı üçün faydalı olacaq ABŞ-a iqtisadi əməkdaşlıq təklif edə bilər.

Bütün bu tədbirlər İran hakimiyyətinə ölkəni xarici təhdidlərdən qorumağa daha az, ölkə daxilində vətəndaşların həyatının yaxşılaşdırılmasına daha çox diqqət yetirməyə imkan verəcək. Başqa sözlə, Tehran İran xalqının layiq olduğu yeni, parlaq gələcəyi təmin edə bilər.

Mürtəza

Seçilən
21
olke.az

1Mənbələr