AZ

Azərbaycan və Hindistan arasında ikitərəfli münasibətlər müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovHindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrəkatibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbuledib.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəflimünasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub,iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrindəəməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkəarasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelərdiqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyətivurğulanıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, ocümlədən Yaxın Şərqdə mövcud gərginlik barədə fikir mübadiləsiaparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasınınvacibliyi qeyd edilib. Bununla yanaşı, Hindistan vətəndaşlarınınİrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinəminnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləriarasında siyasi məsləhətləşmələr keçirilib. Siyasiməsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirininmüavini Elnur Məmmədov, Hindistan tərəfdən isə Xarici İşlərNazirliyinin Qərb üzrə katibi Sibi Corc rəhbərlik edib.

Məqalədə:
Seçilən
70
21
az.trend.az

10Mənbələr