AZ

ABŞ İrandakı itkilərini gizlədir? - Pentaqonla bağlı təəccüblü iddialar

ABŞ-ın Yaxın Şərqdəki müharibə ilə bağlı ictimaiyyətə tam məlumat vermədiyi iddia edilib.

Publika.az xəbər verir ki, bu barədə “The Intercept” məlumat yayıb.

Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə hərbi itkilərlə bağlı aşağı və köhnəlmiş rəqəmləri paylaşır və itkilər barədə ətraflı izahat vermir.

Vurğulanıb ki, martın 30-da CENTCOM bəyənatında müharibənin başlamasından bəri təxminən 303 ABŞ əsgərinin yaralandığı bildirilsə də, bu rəqəm martın 27-də Səudiyyə Ərəbistanındakı hava bazasına edilən hücumda yaralanan 15 əsgəri əhatə etmir.

Seçilən
50
publika.az

1Mənbələr