AZ

İran Azərbaycana təşəkkür etdi - Foto

Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib...

Poliqon xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.

Bildirilib ki, səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri son vaxtlar dost və qardaş ölkədə baş verən hadisələr zamanı dinc əhali, xüsusi ilə qız məktəbi şagirdləri arasında çoxsaylı insan tələfatı ilə bağlı ölkə dindarları adından dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalması üçün dualar etdiyini bildirib.

QMİ sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcək və bu prinsipial mövqe dəyişməz olaraq qalır.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hər iki dövlət başçıları İlham Əliyevlə Məsud Pezeşkianın səmimi münasibətləri ölkələrimiz arasında əlaqələrin davamlı inkişafına, regionda sülhün, sabitliyin qorunmasına xidmət edir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu başsağlığına görə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirib, ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Poliqon.info

Seçilən
18
13
poliqon.info

10Mənbələr