AZ

"Fənərbağça"nın futbolçusu azadlığa buraxıldı

"Fənərbağça"nın Türkiyədə qanunsuz mərc oyunları araşdırması çərçivəsində həbs olunan futbolçusu Mert Hakan Yandaşla bağlı son vəziyyət açıqlanıb.

Fanat.Az "A Spor"a istinadən xəbər verir ki, bir müddətdir həbsdə olan təcrübəli yarımmüdafiəçi ilk dəfə hakim qarşısına çıxıb.

Məhkəmə prosesində futbolçuya dəstək olmaq üçün bir çox həmkarı və bəzi klub rəhbərləri də iştirak ediblər. Məhkəmənin qərarı ilə Mert Hakan Yandaşın həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb.

Mert Hakan Yandaşın "Fənərbağça" ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.

Toğrul

Seçilən
21
3
fanat.az

4Mənbələr