AZ

Ronaldo Dünya Kubokunda oynamağa hazırdır – “Marca”


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu 41 yaşlı Kriştianu Ronaldo bud əzələsindən aldığı zədədən tam sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, portuqaliyalı futbolçu fevralın 28-də Səudiyyə Ərəbistanı çempionatının “Əl-Fayxa” ilə oyununda (3:1) zədələnib və matçın sonunda meydanı tərk etmək məcburiyyətində qalıb.
Ronaldo reabilitasiya üçün Madridə gedib və orada şəxsi fizioterapevtlə işləyib. Zədə ilə əlaqədar o, “Əl-Nəsr”in bir neçə liqa oyununu buraxıb, həmçinin, Portuqaliyanın Meksika və ABŞ-yə qarşı yoldaşlıq oyunları üçün heyətinə daxil edilməyib.
İndi Ronaldo təkcə “Əl-Nəsr” komandasının titul qazanmasına kömək etməyə deyil, həm də ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunda iştirak etməyə hazırdır.
Qeyd edək ki, Portuqaliya K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə birlikdə yer alır.
Seçilən
15
1
yeniavaz.com

1Mənbələr