AZ

İlon Maskın atası oğlunun məktəbdə “axmaq” adlandırılmasından danışıb - VİDEO

Məşhur amerikalı milyarder İlon Maskın atası Errol Mask, səkkiz yaşında ikən bir məktəb müəlliminin oğluna necə "axmaq" dediyini xatırlayıb.

Bizim.Media “NEWS.ru”ya istinadla xəbər verir ki, o, bu açıqlamanı MDB Beynəlxalq İqtisadi Forumunun sessiyasında paylaşıb. 

Epizod tərcüməçi də daxil olmaqla, orada olanların gülüşünə səbəb olub. 

Errol izah edib ki, onu məktəbə çağırıblar və həmin gün direktor və müəllimlər əsəbi görünürmüşlər. İlonun məktəb rəhbərliyini təhqir etmədiyi məlum olduqda gərginlik azalıb. Müəllim isə öz davranışını İlon Maskın sinifdə itaətsizlik edərək pəncərədən baxması ilə əlaqələndirib. 


Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr