ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paris, 3 aprel, AZƏRTAC
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Fransaya məxsus “Charles-de-Gaulle” təyyarədaşıyan gəmisi Aralıq dənizinə yerləşdirilib. Həmçinin ölkənin Hərbi Dəniz Qüvvələri bu gəmidəki 3 “E-2C Hawkeye” radar təyyarəsinin 2032-ci ilə qədər istifadədə saxlanmasına dair qərar qəbul edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, plana əsasən, bu təyyarədaşıyan gəmidə 2027-ci ildə üçüncü və sonuncu texniki baxış mərhələsinə başlanılacaq. Bu, gəmini 2038-ci ilədək operativ vəziyyətdə saxlamaq üçün nəzərdə tutulub. “Charles-de-Gaulle” daha sonra “France libre” adlı yeni gəmi ilə əvəzlənəcək. Bu dövrdə yeni “E-2D Advanced Hawkeye” göyərtə radar təyyarəsinin qəbul edilməsi planlaşdırılır, lakin azı 1 “E-2C Hawkeye” də istifadədə qalacaq.
Qeyd edək ki, 2038-ci ildə istifadəyə veriləcək “France libre” “Naval Group”da inşa edilmiş ən böyük Fransa təyyarədaşıyan gəmisi olacaq. Layihənin ümumi dəyəri 12 milyard avronu keçəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.