AZ

“Şərq Qərb Kino Lab” inkişaf proqramına qəbul yekunlaşıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı İnstitutu və Fransanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq “Şərq–Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramına seçilən iştirakçılar müəyyən olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, proqrama “Tanrının otağı” (rejissor Qulu Əsgərov, prodüser Nicat Dadaşov), “Beşinci mərtəbədən şəhər mənzərəsi” (rejissor Ələmdar Faiq, prodüser Nicat Dadaşov, “Dəniz səviyyəsindən 28 metr aşağıda” (rejissor və prodüser Mirbağır İsmayılov), “Kamança”

(rejissor Orxan Babayev, prodüser Ramail Həsənzadə) “Toy” (rejissor Nurcahan Azayeva, prodüser Seyran Bədəlov) və “Qonşu evin işıqları” (rejissor və prodüser Səməd Ağayev) film layihələri seçilib.

Təlimlər aprelin 8–dən 14-dək Azərbaycan Kinematoqrafçılar İttifaqında keçiriləcək. Proqramın mentorları azərbaycanlı rejissor və ssenarist Orxan Ağazadə və Fransanın KIDAM şirkətinin prodüseri, maliyyə və idarəetmə direktoru Jül Qranjedir. Layihənin əsas məqsədi beynəlxalq platformalarda rəqabətin yüksək olduğu mühitdə azərbaycanlı kinematoqrafçıların iştirak və seçilmə potensialını artırmaq, onların layihələrinin inkişafına və beynəlxalq bazara çıxışına dəstək verməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
azertag.az

2Mənbələr