AZ

Azyaşlı öyrənənlər üçün ingilis dili üzrə imtahanlara qeydiyyat elan edilir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 3 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan iyunun 13-də keçiriləcək. Qeydiyyat aprelin 24-dək davam edəcək.

Bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
azertag.az

3Mənbələr