Türkiyə futbolunun ən tanınmış simalarından biri, hazırda "Başakşehir"in baş məşqçisi olan Nuri Şahin "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun fəaliyyəti barədə fikirlərini bölüşüb.
Bunu Fanat.Az-a açıqlamasında 1-ci Liqa təmsilçisi "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Bir neçə gün öncə "Başakşehir"in düşərgəsində olan, İstanbul komandasının baş məşqçisi Nuri Şahinlə görüşən azərbaycanlı mütəxəssis nədən danışdıqlarını açıqlayıb:
"Çox mövzu ətrafında söhbətləşdik. Əlbəttə ki, bizim millinin böyük uğurlar qazanmamasının səbəbləri ilə maraqlandı. Biz görüşəndə hələ "FİFA Series -2026"nın oyunları baş tutmamışdı. Nuri Şahin Qurban Qurbanovun fəaliyyətini, "Qarabağ"ın oyun tərzini çox bəyənir. Azərbaycan çempionunun Çempionlar Liqasındakı oyunlarını həvəslə izlədiyini bildirdi".
Toğrul