AZ

Dayə ev sahibinin 11 min manatlıq zinət əşyalarını oğurladı

Dayə ev sahibinin 11 min manatlıq zinət əşyalarını oğurladı

Bakıda dayə xidmət etdiyi evdən külli miqdarda oğurluq edib.

Aybəniz Quliyeva (ad və soyad şərtidir) ev sahibinə məxsus 11 729 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Ev sahibinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən şəxsin işinə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılıb.

Müttəhim məhkəmə zamanı özünü verilmiş ittihamla təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmişə dəymiş ziyanın tamamilə ödənildiyini bildirib. Məhkəmə prosesində tərəflərin izahatları və sübutlar qiymətləndirilib.

Məhkəmənin hökmü ilə Aybəniz Quliyevaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınaraq, üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seçilən
46
2
afn.az

3Mənbələr