AZ

Başlıbel kəndində meşədə yanğın başlayıb

Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində “Tala” meşəsində yanğın başlayıb.

Bu barədə Kəlbəcərli sakinlər Musavat.com-un əməkdaşına məlumat veriblər. Yanğın hələ ki, böyük əraziyə yayılmasa da davam etdiyi deyilir. Sakinlər hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyini məlumatandırıblar.

Nazirlikdən sakinlərə hadisə baş verən əraziyə yanğınsöndürən briqadanın göndərildiyi deyilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr