AZ

Luçeskunun səhhətində növbəti dəfə ciddi problem yarandı

style='margin-bottom:10px;'>

Tanınmış rumıniyalı futbol mütəxəssisi Mirça Luçeskunun səhhətində növbəti dəfə ciddi problem yaranıb.

QOL.az xəbər verir ki, bu haqda jurnalist Emanuel Roşu sosial şəbəkə hesabında məlumat yayıb.

Səhhətindəki problem səbəbindən Rumıniya millisinin baş məşqçisi vəzifəsindən ayrılan Luçesku bu gün səhər saatlarında ürək tutması keçirib. 

Bildirilib ki, 80 yaşlı mütəxəsiss bir gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti yaxşılaşırdı və artıq evə buraxılmasına hazırlıq görülürdü. Lakin məhz xəstəxanada olarkən təcrübəli mütəxəssis ürək tutması keçirib.

Həkimlər onun həyatını xilas edə biliblər. Hazırda o, reanimasiya şöbəsində saxlanılır.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərdə Luçeskunun Rumıniya millisinin məşqi öncəsi huşunu itirdiyi və dərhal xəstəxanaya aparıldığı bildirilirdi. 

Seçilən
23
19
teleqraf.com

10Mənbələr