AZ

Mirça Luçesku infarkt keçirib, hazırda reanimasiyadadır

Bakı, 3 aprel, AZƏRTAC

Ötən gün Rumıniya millisinin baş məşqçi postundan ayrılan Mirça Luçeskunun halı yenidən pisləşib.

AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis bu səhər infarkt keçirib. Təcrübəli məşqçinin hazırda reanimasiyada olduğu bildirilib.

Mirça Luçesku bir neçə gün əvvəl Rumıniya milli komandasının məşqindən əvvəl huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Seçilən
32
28
azertag.az

10Mənbələr