Bakı. Trend:
Bakıda “Sülh Körpüsü” Təşəbbüsü üzvlərinin qadın və gənclərtəşkilatlarının iştirakı ilə “Azərbaycanda qadın və gənclərtəşkilatlarının sülh prosesinə cəlb edilməsi: “Sülh Körpüsü”Təşəbbüsü çərçivəsində ictimai müzakirə" keçirilib.
Trend xəbərverir ki, Milli QHT Forumunun, bir sıra QHT, qadın və gənclərtəşkilatları nümayəndələrinin iştirak etdiyi bu ictimai müzakirəAzərbaycanla Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasındaaparılan dialoq nəticələrinin Azərbaycan vətəndaş cəmiyyəti iləbölüşülməsi, mövcud vəziyyətin açıq müzakirəsi və gələcək üçünqadın və gənclərin cəlb edilməsinin praktik mexanizmlərinformalaşdırılması, təkliflərin toplanması məqsədi daşıyıb.
Təşəbbüsün əsas əlaqələndiricisi Fərhad Məmmədov Azərbaycan vəErmənistan vətəndaş cəmiyyəti üzvləri arasında keçirilən görüşlər,aparılan söhbətlərdən danışıb, eyni zamanda qarşıda duranməsələlərdən söz açıb və sülh prosesinə qadın və gənclərin cəlbininəhəmiyyətini vurğulayıb.
O bildirib ki, sorğuların nəticələrinə görə, Ermənistancəmiyyətində sülh istəyi o qədər də yüksək deyil. Ermənistanın Başnaziri Nikol Paşinyanın tərəfdarları isə sülh prosesində daha aktivmövqe nümayiş etdirirlər.
Fərhad Məmmədovun sözlərinə görə, prosesin əsas istiqamətləriiki sual ətrafında cəmlənir:
"Sülhə yanaşma necə olmalıdır və praktik olaraq hansı addımlaratıla bilər?
Yaxın vaxtlarda növbəti görüşün keçirilməsi planlaşdırılır vəErmənistan tərəfinin Azərbaycana səfəri gözlənilir. Görüş zamanıAzərbaycan vətəndaş cəmiyyətinin mövqeyi qarşı tərəfə təqdimediləcək və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunacaq".
Qeyd edək ki, "Sülh Körpüsü" Təşəbbüsü vasitəsilə Azərbaycan vəErmənistan vətəndaş cəmiyyəti üzvləri qarşılıqlı görüşlərkeçirirlər. Bu çərçivədə bir görüş Ermənistanda, digəri isəAzərbaycanda təşkil olunub. Görüşlər zamanı həm mövcud proseslərmüzakirə edilib, həm də sülh gündəliyində vətəndaş cəmiyyətininrolu ətrafında fikir mübadiləsi aparılıb.
Həm Azərbaycan, həm də Ermənistan qrupları öz ölkələrindəvətəndaş cəmiyyətinin nümayəndələri ilə geniş tərkibdə görüşlərkeçirir, müxtəlif mövzular üzrə fikir mübadiləsi aparırlar.
"Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan qrupu artıq Qeyri-HökumətTəşkilatları Forumuna daxil olan təşkilatlarla da görüşlərkeçirib.