AZ

İranda yeni trend: Tramp və Netanyahu tərliklə VURULUR

Ajans.az xəbər verir ki, görüntülərdə yaşlı bir kişinin sadə avadanlıqlarla hazırladığı və əl ilə işləyən mexaniki qurğu nümayiş olunur. Qurğunun üzərində ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun şəkilləri yerləşdirilib. Videoda kişi qurğunun ipini dartdıqca, qurğuya bərkidilmiş tərliklər hərəkət edərək Tramp və Netanyahunun təsvirlərini “vurur”. Bu səhnələr sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bəzi istifadəçilər görüntülərə zarafatla reaksiya verərək, həmin qurğunu “yeni silah” kimi təqdim ediblər.

Seçilən
16
Ajans.az

1Mənbələr