AZ

Harri Keyn sabah oynamayacaq

style='margin-bottom:10px;'>

"Bavariya"nın baş məşqçii Vensan Kompani millinin heyətindən zədə alan Harri Keynlə bağlı danışıb.

QOL.az xəbər verir ki, o, mətbuat konfransında bildirib ki, Keyn İngiltərə millisinin düşərgəsində olarkən topuğunda zədələnib.

Kompani komandanın bombardirinin sabah Bundesliqanın 26-cı turunda "Frayburq"la keçiriləcək səfər oyununda iştirak etməyəcəyini bildirib. Təcrübəli forvard növbəti oyundan komandasına kömək edəcək.

Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm "Bavariya"da ümumilikdə 40 matçda 48 qol ilə yadda qalıb.

Seçilən
44
1
teleqraf.com

2Mənbələr