AZ

Ukrayna ordusu 11 yaşayış məntəqəsini azad etdi

Ukrayna Quru Oşunları Aleksandrivka istiqamətində artıq mülki əhalinin qalmadığı 11 yaşayış məntəqəsini işğaldan azad edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının komandanı general-mayor Oleq Apostol məlumat verib.

“Artıq 9 yox, 11 yaşayış məntəqəsini azad etmişik. Bunu əvvəllər elan etməmişdik ki, insanları təhlükəyə atmayaq. Bu, əməliyyatın səssizliyi və gizliliyi sayəsində mümkün oldu. Eyni hal Kursk və Dobropilya əməliyyatlarında da olmuşdu. Düşmən bizim haradan zərbə vuracağımızı anlamır. Necə deyərlər, xoşbəxtlik sükutu sevir”, - Apostol vurğulayıb.

"Cebheinfo.az"

Seçilən
15
3
cebheinfo.az

4Mənbələr