AZ

Abu Dabidə hücumdan sonra qaz zavodunun fəaliyyəti dayandırılıb

İranın ABŞ və İsrail hücumlarına cavab olaraq həyata keçirdiyi hücumda, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə bir qaz emalı zavodu hədəf alınıb.

Abu Dabi Media Ofisinin açıqlamasına görə, qarşısı alınmış hava hücumundan qopan parçalar Abu Dabidəki Habshan qaz zavoduna düşüb. Açıqlamada qeyd olunur ki, parçaların düşməsi səbəbindən zavodun fəaliyyəti müvəqqəti dayandırılıb və yaranan yanğını fövqəladə hallar komandaları söndürməyə çalışır. Hadisədə xəsarət alan olmadığı bildirilib.

Abu Dabinin Habshan bölgəsində Millli Neft Şirkəti (ADNOC), əmirliyin sahələrindən çıxarılan qazın toplanması, emalı və daxili istehlaka paylanması üçün əsas zavodu idarə edir.

Neft emalı zavodları da olan Habshan, ADNOC-un Hörmüz Boğazı xaricində yerləşən əhəmiyyətli liman Fucayraya uzanan xam neft boru kəmərinin başlanğıc nöqtəsidir.

Küveytdə neft emalı zavoduna hücum

Bir müddət əvvəl isə Küveyt Neft  Şirkəti (KPC), El-Ahmedi Limanındakı neft emalı zavodunda pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində yanğın çıxdığını açıqlayıb.

KPC-nin açıqlamasında El-Ahmedi Limanıındakı neft emalı zavodunun səhərin erkən saatlarında PUA hücumuna məruz qaldığı və zavodun bəzi əməliyyat vahidlərində yanğın baş verdiyi bildirilib.

Seçilən
27
1
marja.az

2Mənbələr