AZ

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıblar.

Qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.


Seçilən
20
26
7news.az

10Mənbələr