AZ

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlər saxlanıldı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlər saxlanıldı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb.

AFN.az xəbər verir ki, qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B ilə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir. Tarixi və mədəni abidələrin qorunması çərçivəsində bu cür hallara qarşı ciddi nəzarət həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin təfərrüatları və dəymiş maddi ziyanın dəqiq həcmi mütəxəssislər tərəfindən müəyyən edilir.

Seçilən
29
26
afn.az

10Mənbələr