Rusiya Ukraynadakı silahlı münaqişə zamanı ABŞ və müttəfiqlərinin heç vaxt rastlaşmadığı döyüş təcrübəsi toplayıb.
Herbiand.az bildirir ki, bu qiymətləndirməni ABŞ ordusunun təqaüddə olan polkovniki və Delphi Global Research Center analitik mərkəzinin direktoru Robert Hamilton Slovakiyanın “Pravda” qəzetinə verdiyi müsahibədə deyib.
“Moskva Ukraynada dörd il ərzində ABŞ və NATO-nun heç vaxt aparmadığı və apara bilməyəcəyi müharibə təcrübəsi toplayıb”, - Hamilton bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya və Qərb artıq müharibə vəziyyətindədir. Lakin onun sözlərinə görə, söhbət klassik proksi münaqişə deyil, bir neçə cəbhədə toqquşmadan gedir.
Bəxtiyar CƏFƏRLİ