AZ

Yaponiya, Böyük Britaniya və İtaliya üçtərəfli müqavilə imzaladı

Aprelin 2-də Yaponiya, Böyük Britaniya və İtaliya nümayəndələri yeni qırıcı təyyarələrin birgə hazırlanması və istehsalı üçün ilk üçtərəfli müqaviləni imzalayıblar.

Missiya.Az xəbər verir ki, 2022-ci ildə başlayan Üçtərəfli Qlobal Hava Döyüş Proqramı (GCAP) çərçivəsində layihənin podratçısı olan Edgewing dizayn və mühəndislik işləri üçün 900 milyon dollarlıq müqavilə əldə edib.

GCAP proqramının məqsədi Britaniya, İtaliya və Yaponiya üçün mövcud modelləri, o cümlədən pilotsuz uçan aparatlara qarşı müdafiə qabiliyyətlərini üstələyəcək qırıcı təyyarələrin hazırlanmasıdır. Yeni təyyarələrin ilk tədarükü 2035-ci ilə planlaşdırılır.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
28
missiya.az

1Mənbələr