QHT-lərin milli fəaliyyət planlarının hazırlanması və icrasındakı rolu ilə bağlı müzakirələr davam edir.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının (NHMT İB) rəhbəri Mirvari Qəhramanlı,QHT.az-a verdiyi açıqlamada “ QHT-lərin Milli Fəaliyyət planlarının layihələrin hazırlanmasında və icrasındakı rolu “ ilə əlaqədar verilən suala cavab olaraq bildirdi ki:
- "Əvvəllər QHT-lər aktiv şəkildə milli fəaliyyət planlarının hazırlanmasında və icrasında fəal iştirak edirdi, O cümlədən bizim təşkilat da Xüsusilə korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planlarında müxtəlif QHT-lər və təşkilat qrupları geniş şəkildə təmsil olunurdu . Və bu proses haqqında kifayət qədər məlumatlı idim. lakin indi bu proseslər barədə məlumatlılıq ,azalıb. Hazırda bu cür proseslərdə iştirak imkanları xeyli azalıb. Yəni təşkilatimız tədbirlərə dəvət olunmur, ona görə də bu tip layihələr haqqında ,yalnız layihələr reallaşdırıldığı zaman,yaxud da reallaşdırıldıqdan sonra məlumatım olur."
Qəhrəmanlı bildirib ki, keçirilən iclas və forumlardan əsasən sosial şəbəkələr və media vasitəsilə təsadüfi şəkildə xəbər tutur.
.
Mirvari Qəhrəmanlı əlavə edib ki, rəhbərlik etdiyi təşkilatın 30 illik fəaliyyəti olsa da, hazırkı vəziyyət QHT-lərin iştirak imkanlarının məhdudlaşması ilə bağlı suallar yaradır.
Zəhra Ağayeva