AZ

Rumıniyanın “Mixail Koqelniçanu” aviabazası ABŞ qüvvələrinə TƏHVİL VERİLDİ

Rumıniya İran əməliyyatına dəstək üçün ABŞ hərbçilərini və təyyarələrini yerləşdirəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan məlumat yayıb.

Rumıniya İranla bağlı hərbi əməliyyatlara dəstək vermək üçün “Mixail Koqelniçanu” aviabazasını ABŞ qüvvələrinin istifadəsinə verib.

Ölkə prezidenti Nikuşor Dan bildirib ki, Rumıniya ABŞ-nin İrandakı əməliyyatlarını dəstəkləmək üçün aviabazada Amerika təyyarələrinin və hərbi heyətinin yerləşdirilməsinə razılıq verib.

Bu addım regional təhlükəsizlik və NATO müttəfiqləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi çərçivəsində atılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
2
interpress.az

3Mənbələr