AZ

Kıvançın serialında tərəf müqabili böhranı 3 aydır heç kimi bəyənmir

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kıvanç Tatlıtuğun rol alacağı "Dönence" serialı çəkilişləırə başlamazdan əvvəl aktyor seçimindəki böhran ilə gündəm olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən üç aydır qadın baş rol ifaçısı axtaran layihə, çoxsaylı görüşlərə baxmayaraq, hələ də uyğun aktrisa ilə razılığa gələ bilməyib.

Məlum olub ki, əvvəlcə baş rol üçün Pınar Deniz düşünülüb, lakin Nuri Bilge Ceylanın yeni filmində rol aldığı üçün bu layihədən imtina edib.

Burcu Biriciklə sonrakı görüşlər də uğursuz olub.

İstehsal qrupu baş rol ifaçısı axtarışlarını davam etdirir və çəkiliş cədvəli partnyor seçildikdən sonra dəqiqləşdiriləcək.

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azxeber.com

1Mənbələr