AZ

Rusiyada sərnişin qatarı relsdən çıxıb: Yaralılar var

Rusiyada
Rusiyanın Ulyanovsk bölgəsində 412 sərnişini daşıyan qatarın relsdən çıxması nəticəsində 24 nəfər yaralanıb. 1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov açıqlama verib.
Məlumata görə, Qatar Çelyabinsk–Moskva marşrutu üzrə hərəkət edib və sərnişinlərin 65-i uşaq olub. Qəza yerli saatla 07:26-da baş verib, bəzi vaqonlar aşıb. Hadisə yerinə tibbi yardım və xilasedici qruplar göndərilib. İtkinin olmadığı bildirilib. Hadisə ilə bağlı araşdırma başladılıb, polis hadisə yerinə göndərilib. Qəzanın dəqiq səbəbi hələ məlum deyil.
Seçilən
12
1news.az

1Mənbələr