AZ

Ailənizdə bu xəstəlikdən vəfat edən varsa, diqqət! Siz də risk altındasınız... AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Araşdırmalar yaxın illərdə xərçəng xəstəliyinin ölüm hallarına görə ürək‑damar xəstəliklərini geridə qoyaraq əsas ölüm səbəbinə çevrilə biləcəyini göstərir. Əsas sual isə ondan ibarətdir ki, bu tendensiyanın arxasında duran əsas səbəblər hansılardır və vətəndaşlar xərçəng riskini azaltmaq, erkən diaqnostika aparmaq üçün hansı profilaktik və sağlam həyat tərzi tədbirlərini görə bilərlər. Genetik meyllik, yaşlanma, qeyri-sağlam qidalanma, siqaret və spirt istifadəsi, eləcə də müasir həyatın stresi bu artımda rol oynayır. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, xərçəng xəstəliyi artıq kardioloji xəstəlikləri, ürək xəstəliklərini qabaqlayır. “Bununla yanaşı, xəstəliklərin cavanlaşması və ölüm hallarının artması hər birimizin müşahidə etdiyi vəziyyətdir. Bu tendensiya Azərbaycanda da özünü göstərir. Bu vəziyyətin səbəbləri müxtəlifdir. Bugünkü gündə xərçəngin artmasında ekologiyanın pis vəziyyətdə olması, qida məhsullarının düzgün standartlara cavab verməməsi, stressin yüksək olması, insanların yuxu rejiminin pozulması və digər amillər böyük rol oynayır. Bütün bunlar orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur və zəif nöqtələr daha tez reaksiyaya girərək onkoloji riskləri artırır. Nəticədə, bu gün onkoloji xəstəliklərin riski kardioloji xəstəliklərdən daha yüksəkdir və xəstəliklərin cavanlaşması da müşahidə olunur”.Vətəndaşlar xərçəng riskini azaltmaq üçün ilk növbədə həyat tərzinə düzəliş etməlidirlər. Sağlam qidalanma, fiziki aktivlik və stressin idarə olunması xəstəliyin qarşısını almaqda böyük rol oynayır. Lakin ən vacib məqam erkən diaqnostikadır. Çünki xərçəng erkən mərhələdə aşkar edildikdə müalicə faizi xeyli yüksək olur. Genetik meylliyi olan şəxslərin isə mütəmadi tibbi müayinələrdən keçməsi həyati əhəmiyyət kəsb edir.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
demokrat.az

1Mənbələr