Türkiyənin ASFAT şirkəti Seneqal Hərbi Hava Qüvvələrinin (HHQ) CN-235 nəqliyyat təyyarəsinə təmir və texniki xidmət göstərəcək.
“Poliqon” ASFAT-a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, CN-235 təyyarəsi üzərində işlər ASFAT-ın 2-ci Hava Texniki Xidmət Zavodunda aparılacaq.
Qeyd edilib ki, artıq sözügedən təyyarə texniki xidmət və təmir fəaliyyətləri üçün şirkətin Kayseridəki müəssisəsindədir.
