AZ

İran müharibənin üzünü Zıngəzur dəhlizi nə çevirir

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp da ölkəsində baş verən hadisələrlə bağlı özünü çox böyük bir riskə atıb". 

“Cebheinfo.az”-ın məlumatına görə, İranın Ermənistandakı səfiri Xəlil Şirqolami belə deyib.

Səfirin sözlərinə görə, ABŞ prezidenti özünün seçki kampaniyası zamanı ölkəsindən kənarda müharibələrə trilyonlarla dollar xərcləndiyini iddia etsə də, o, indi seçki kampaniyası vədlərinə xəyanət edib. 

“Ümid edirik ki, bu, uzun sürməyəcək. Amma hesab edirik ki, bu avantüra davam edərsə, sizin ölkənizin daxili proqramları da müəyyən problemlərlə üzləşəcək”,-deyə İran səfiri bildirib. 

Səfir Şirqolami vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, Trampın İrana münasibətdə hərbi bəyanatları müharibə cinayətidir. Ümumiyyətlə, o, sənaye və enerji infrastrukturuna edilən hücumların da müharibə cinayətləri olduğunu, tarixə düşəcəyini və gələcəkdə buna görə cavab verilməli olduğunu deyib. 

“İran bütün ssenarilərə hazırdır. Bu vaxta qədər dözümlülüyümüzü nümayiş etdirmişik, eyni ruhda davam etməyə hazırıq və artıq həm ABŞ-yə, həm də İsrailə ciddi zərbələr endirmişik. Həm Avropada, həm də NATO-da ABŞ-nin ən yaxın müttəfiqləri bunun axmaq bir müharibə olduğunu və orada iştirak etməyə hazır olmadıqları fikrini bildiriblər”,-deyə Xəlil Şirqolami əlavə edib.

İran səfirinin açıqlamasına diqqət yetirdikdə, onun Zəngəzur dəhlizini təhdid edən mesaj verdiyini görmək olar. Şirqolami konkret ad çəkməsə də, “Sizin ölkənizin daxili proqramları da müəyyən problemlərlə üzləşəcək” deməklə diplomatik  tərzdə Zəngəzur dəhlizinə eyham vurur. 

Bununla da rəsmi Tehran müharibənin uzanacağı təqdirdə, hərbi əməliyyatların müqyaslnın ətraf regionlara yayılacağına və “TRIPP layihəsi”ni əngəlləyəcəyinə işarə edir. Məlum olduğu kimi, İran 2022-ci ildə Zəngəzur dəhlizini özünün “qırmızı xətt”i elan edib və mümkün qədər bu istiqamətdə kommunikasiyaların açılmasına qarşı çıxır. 

Lakin 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də ABŞ və Ermənistanın Beynəlxalq Sülh və Rifah Naminə "Tramp Marşrutu"nun, yəni Zəngəzur dəhlizinin  açılmasına dair  razılaşma imzalaması İranın regionla bağlı planlarını pozdu.

Lakin fevralın 28-də ABŞ və İsrailin İrana  qarşı başlatdığı müharibə Tehran üçün nə qədər arzuolunmaz hadisə olsa da, Zəngəzur dəhlizinin reallaşmasına mane olmaq üçün fürsət yaradır. Səfir Şirqolaminin açıqlaması da müharibə davam edəcəyi halda  “Tramp marşrutu”nun keçdiyi ərazinin İran tərəfindən vurulacağına dair mesajı nəzərdə tutur. 

Əslində, belə bir hadisə baş verərsə, ABŞ Prezidentinin adını daşıyan layihənin qarşısının alınması məsələnin görünən tərəfidir. Əsl niyyət Azərbaycan və Türkiyə arasında quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin həyata keçirilməsinə imkan verməməkdir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

İran Zəngəzur dəhlizi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr