Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Kolumbiya millisinin məşhur futbolçusu Xames Rodriges Fransa yığması ilə yoldaşlıq matçından (1:3) sonra təcili xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyası məlumat yayıb.
Məlumata görə, təcrübəli futbolçu idmanla bağlı olmayan sağlamlıq probleminə görə həkim nəzarəti altındadır.
Fransa ilə matçdan bir gün sonra oyunçuya orqanizmin susuzlaşması (dehidratasiya) diaqnozu qoyulub. Bununla əlaqədar o, son 72 saatı xəstəxanada profilaktik nəzarət altında və bərpa üçün keçirib.
Federasiya bəyan edib ki, son tibbi məlumatlara görə, oyunçunun vəziyyəti yaxşılaşır, müsbət dinamika müşahidə olunur.
Qeyd edək ki, Rodriges Fransa ilə matçda əsas heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.