"Mən işləmirəm, təqaüdə çıxmışam. Hazırda öz işlərimi görürəm, kitablarımı, məqalələrimi yazıram. Başqa işlərim də var, üzərində işləyirəm".
"Yeni Sabah" oxu.az-a istinadla xəbər verir ki, bunu sabiq baş nazir Novruz Məmmədov deyib.
O bildirib ki, səhhətində heç bir problem yoxdur:
"Mənim səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam. Şükür, yaxşıyam".
Xatırladaq ki, Azərbaycanın 9-cu Baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.
N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.
N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür.
Telegram kanalımız