AZ

İsveç Silahlı Qüvvələrinin HHM imkanları yeni sistemlərlə gücləndirilir

Böyük Britaniyanın “BAE Systems” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsi ilə “Tridon Mk 2” zenit-top komplekslərinin tədarükünə dair müqavilə imzalayıb.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, müqavilənin dəyəri 180 milyon ABŞ dolları təşkil edir.

“Tridon Mk 2”, “BAE Systems”in İsveçdə fəaliyyət göstərən “BAE Systems Bofors” törəmə şirkəti tərəfindən istehsal edilən yeni nəsil mobil hava hücumundan müdafiə (HHM) sistemidir. Sistem, 90 ildən artıqdır ki, dünya üzrə istifadə edilən 40 mm-lik “Bofors” topunun yeni versiyası və digər sınaqdan çıxmış altsistemlər əsasında hazırlanıb. Daşıyıcı platforma kimi “Scania” markalı yolsuzluq imkanına malik yük avtomobilindən istifadə olunur, lakin sistem digər platformalara, o cümlədən tırtıllı nəqliyyat vasitələrinə də inteqrasiya edilə bilər.

“Tridon” HHM sistemi pilotsuz uçuş aparatlarının, qanadlı raketlərin, helikopterlərin və hücum təyyarələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Eyni zamanda, yerüstü təhdidlərə qarşı yaxın müdafiə məqsədilə də istifadə oluna bilər.

Seçilən
12
50
poliqon.az

10Mənbələr