AZ

Küçədə nə danışırlarsa, efirdə də onu edirlər

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Xalq artisti Nəzakət Teymurova kanallarda yayımlanan verilişlərdən və dəvət olunan qonaqlardan şikayət edib.

Axşam.az xəbər verir ki, muğam ifaçısı "Qonaq gəl bizə" layihəsində xanəndələrin musiqiyə hömətindən söz açıb:

"Biz mədəniyyətimizi ucuz tutmamışıq. İndiki gündə də ədəb, ərkan, böyüyə, kiçiyə hörməti saxlamışıq. Amma görürsən ki, gəlib həmin dedi-qodularla, lazımsız hərəkətlərlə, danışıqlarla evimizə soxulurlar. Küçədə nə danışırlar, efirdə də onu edirlər. Bu, bizim mədəniyyət deyil. Bizi zorla belə etdilər. Bizim azərbaycanlılığımıza yaraşmayan şeydir. 

İndikilər sosial şəbəkədə də özlərini təqdim edə bilmirlər. Xanəndələr o qədər abırlı olurlar ki... Utandıqlarından müəllimi keçmirlər. Amma sosial şəbəkədəkilər sənətkarları tapdalayıb keçirlər. Əsas özüdür".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
3
axsam.az

3Mənbələr