AZ

Ermənistan cəmiyyətinin sülhə yanaşması səsvermədən sonra məlum olacaq - Fərhad Məmmədov

Bakı. Trend:

Sorğuların nəticələrinə görə, Ermənistan cəmiyyətində sülhistəyi o qədər də yüksək deyil. Paşinyan tərəfdarları isə sülhprosesində daha aktiv mövqe nümayiş etdirirlər.

Trend xəbər verir ki, bunu "Sülh Körpüsü"Təşəbbüsünün əsas əlaqələndiricisi Fərhad Məmmədov bu gün Bakıdatəşəbbüs üzvlərinin qadın və gənclər təşkilatlarının iştirakı iləkeçirilən “Azərbaycanda qadın və gənclər təşkilatlarının sülhprosesinə cəlb edilməsi: “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsindəictimai müzakirə” zamanı bildirib.

Onun sözlərinə görə, səsvermə zamanı Ermənistan cəmiyyətininmövqeyi daha dəqiq məlum olacaq:

"Ermənistan tərəfi etiraf edir ki, medianın təxminən 40 faiziRusiya və müxalifətin nəzarətindədir. Bu səbəbdən mediadaAzərbaycan əleyhinə xəbərlər və rəylər daha çox üstünlük təşkiledir. Azərbaycan cəmiyyətində isə müxtəlif bölgələr üzrəmünasibətlərə dair fərqli fikirlər mövcuddur. Xüsusilə sərhədbölgələrində təmasların gücləndirilməsi vacib hesab olunur. Eynizamanda, məcburi köçkünlərin Ermənistanla münasibətlərin bərpasınamüsbət yanaşmayacağını anlamaq çətin deyil", - deyə o bildirib.

Qeyd edək ki, bu ictimai müzakirə Azərbaycanla Ermənistanvətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoqnəticələrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə bölüşülməsi, mövcudvəziyyətin açıq müzakirəsi və gələcək üçün qadın və gənclərin cəlbedilməsinin praktik mexanizmlərin formalaşdırılması, təkliflərintoplanması məqsədi daşıyır.

Seçilən
59
az.trend.az

1Mənbələr